Bakı-Şamaxı yolunda avtomobil yandı - Video

   Bakı-Şamaxı yolunda avtomobil yandı -    Video
  06 Dekabr 2023    Oxunub:688
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti