FHN açıqlama yaydı

FHN açıqlama yaydı
  06 Dekabr 2023    Oxunub:763
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində çoxmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən metal lövhənin bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər metal lövhəni müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti