Qax rayon sakinləri odlu silahları polisə təhvil veriblər

Qax rayon sakinləri odlu silahları polisə təhvil veriblər
  06 Dekabr 2023    Oxunub:986
Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti