Niyazi Bayramov sakinlərlə görüşüb
Görüşdən əvvəl Gəncə şəhər 13 nömrəli tam orta məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, məktəblərin qarşısında olan yerüstü piyada keçidlərinin rənglənməsi, qəsəbələrə yeni marşrut xətlərinin açılması kimi məsələlər üstünlük təşkil edib.
Bir çox məsələ yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Bununla yanaşı, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər yekunlaşan, asfalt örtüyü bərpa edilən və küçə işıqlandırılması sistemləri yenilənən bir sıra küçələrin sakinləri görülən abadlıq işlərinə görə öz təşəkkürlərini bildiriblər.
Niyazi Bayramov icra olunan infrastruktur layihələrinin möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə olan diqqət və qayğısının nəticəsi olduğunu qeyd edib, həyata keçirilən abadlıq və quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.
AzVision.az
Teqlər: