Xocasəndə qardaş qardaşı bıçaqladı

   Xocasəndə qardaş qardaşı bıçaqladı
  07 Dekabr 2023    Oxunub:1053
Dekabrın 7-də saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən V.Fətəliyevin qardaşı Bayram Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti