Ağcabədidə dönərxanada partlayış olub, yaralananlar var

  Ağcabədidə dönərxanada partlayış olub,    yaralananlar var
  07 Dekabr 2023    Oxunub:776
Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti