Bugünkü zəlzələ 51 saniyə çəkib

 Bugünkü zəlzələ 51 saniyə çəkib
  07 Dekabr 2023    Oxunub:1127
Bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində baş verən zəlzələ 51 saniyə çəkib. Onun hiss olunması isə 47 saniyə olub.
AzVision.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı mətbuat konfransında deyib. Onun sözlərinə görə, zəlzələnin baş vermə anından sonra 5 qısa afterşok qeydə alınıb.

"Hündür binaların yuxarı mərtəbələrində hiss olunub. 5 -6-cı mərtəbələrdə zəlzələ o qədər də hiss olunmayıb".

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti