DİN-dən zəlzələ ilə bağlı daha bir açıqlama
Onun sözlərinə görə, hazırki dəqiqəyə qədər növbətçi hissələrə dağıntı, tələfat və ya xoşagəlməz hallarla bağlı məlumat daxil olmayıb.
"Riskli ərazilər - metro, dəmiryol qatarları, bağça, məktəb, bir sözlə əhalinin sıx olduğu yerlər nəzarətə götürüldü ki, insanların arasında təşviş yaranmasın. Vətəndaşları maksimum təmkinli olmağa çağırırıq və aidiyyatı dövlət qurumlarının məlumatlarına istinad edilməlidir.
Küçə, prospektlərdə, yollarda sıxlıq və təhlükənin yaranmaması üçün bütün tədbirlər görülüb.
Bir neçə istiqamət üzrə vətəndaşları narahat edən hallar olub. Yaşayış yerlərində insanların təşvişə düşüb həyətə toplaşması halları olub. Həmin yerlərə polis əməkdaşları cəlb edilib ki, xoşagəlməz hallar yaşanmasın. Oğurluq və ya digər xoşagəlməz hallarla bağlı DİN-ə məlumat daxil olmayıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: