Könüllülük Həftəsi çərçivəsində fəaliyyətlər davam edir
İnfosessiyadan dərhal sonra könüllülərimiz “Nə? Harada? Necə?” formatında intellektual oyun oynayıblar. İrəliləyən dəqiqələrdə gənclərimiz müxtəlif könüllü fəaliyyətlərə cəlb olunaraq ərazidə yaşayan sakinlərə gündəlik həyat fəaliyyətlərində müxtəlif yardım və dəstək göstəriblər.
“Azərbaycan Könüllülük Həftəsi 2023” başladıqdan bu günədək “Könüllü Ol” layihəsi üzrə artıq 3 universitetdə görüş keçirilib. Görüş çərçivəsində universitetin müxtəlif kurslarında təhsil alan tələbələrə könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
AzVision.az
Teqlər: