Qusarda 27 nəfər qızılcaya yoluxub

   Qusarda 27 nəfər qızılcaya yoluxub
  07 Dekabr 2023    Oxunub:1199
Qusarda 27 nəfər qızılcaya yoluxub.
Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalovanın Bizim.Media-ya verdiyi məlumata görə, onlardan 24-ü məktəblidir.

Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.

Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti