Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri götürdü

 Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri götürdü
  07 Dekabr 2023    Oxunub:2337
Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir.

"Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir", - açıqlamada deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti