"YAŞAT" 111 yeni doğulmuş şəhid övladına depozit hesabı açıb
!["YAŞAT" 111 yeni doğulmuş şəhid övladına depozit hesabı açıb "YAŞAT" 111 yeni doğulmuş şəhid övladına depozit hesabı açıb](https://azvision.az/photos/2023/12/image-1638957988-1702020976.jpg)
"27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: