"Ölkə üzrə qazlaşma səviyyəsi 96,4 faizə çatıb"

   "Ölkə üzrə qazlaşma səviyyəsi 96,4 faizə çatıb"
  08 Dekabr 2023    Oxunub:741
"Gələn il respublikada 170 kənd və yaşayış massivinin təbii qazla təmin olunması nəzərdə tutulur.
AzVision.az  xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəsisi Teymur Cəfərov deyib. O qeyd edib ki, qazlaşdırmanın əsasən meşə ətrafı və dağlıq ərazilərdə aparılması nəzərdə tutulur.

"Bura Qusar, Lerik, Yardımlı, Cəlilabad, Gədəbəy, Goranboyun çox sayda yaşayış məskənləri daxildir".

T.Cəfərov əlavə edib ki, 2009-cu ildə ölkə ərazisində qazlaşdırma səviyyəsi 62,2 faiz idisə, hazırda bu rəqəm 96,4 faizə çatıb.

"O dövrdə abonentlərin sayı 750 min idisə indi, indi bu rəqəm 2 milyon 500-ü ötüb. Bu son hədd deyil. Biz çalışırıq ki, ölkə ərazisi tam qazlaşsın".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti