Şuşa və Göygölə prokurorlar təyin edilib

  Şuşa və Göygölə prokurorlar təyin edilib
  08 Dekabr 2023    Oxunub:885
Şuşa və Göygöl rayonlarına prokuror təyin edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti