Şəkidə məhkumun basdırdığı silah aşakarlandı - Foto

Şəkidə məhkumun basdırdığı silah aşakarlandı -    Foto
  08 Dekabr 2023    Oxunub:1202
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.
Bu barədə AzVision.az -a Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti