Anar Bağırov: "Azərbaycanda son illərdə vəkillərin sayı üç dəfə artıb"
Onun sözlərinə görə, ölkədə 2400 vəkil var: "Namizədlərlə birlikdə 3000 nəfərə yaxın şəxsdən söhbət gedir. Bizim peşəmiz elədir ki, namizədlərlə bağlı problemimiz yoxdur. 300-ə yaxın namizəd növbəti test mərhələsini gözləyirlər. Gələn ilin mart ayında imtahanı təşkil edəcəyik".
O qeyd edib ki, vəkilliyə savadlı adamlar gəlməlidir: "Gənc hüquqşünasların da problemlərini həll etmək lazımdır. Bununla bağlı xüsusi fond var və onlara dəstək veririk".
AzVision.az
Teqlər: