"Tələbələrimizi Xankəndidə görmək istiqamətində işləyirik" - Nazir
Qarabağ Universitetinin Xankəndi şəhərində təsis olunmasını böyük bir hadisə, təhsil tarixində bir dönüş nöqtəsi adlandıran nazir əlavə edib:
“İnanıram ki, bu təşəbbüs və qərar istər azərbaycanlı gənclərə, istər alimlərə, istərsə də təhsil işçiləri üçün çox böyük imkanlar yaradır. Ən vacib imkan isə ondan ibarətdir ki, atributların, proqramların, müəllim heyətinin profilinin hazırlanması istiqamətində müəyyən işlərimiz başlayıb.
Eyni zamanda, Qarabağ Universitetinin məqsədi digər universitetlərlə rəqabət yaratmaq yox, Azərbaycanın digər universitetlərini bir dəyər ətrafında birləşdirib, əməkdaşlıq edərək ikili proqramlar vasitəsilə gənclərimizi işğaldan azad olunmuş ərazilərə qaytarmaqdır”.
AzVision.az
Teqlər: