Hicran Hüseynova: "Azərbaycan ürək cərrahiyyəsində regional mərkəzə çevrilir"
O bildirib ki, bu gün erkən tibbi müayinə və hətta ana bətnində uşaqların müayinəsi, keçirilən əməliyyatlar nəticəsində ürək qüsurları aradan qaldırılır:
"Bu da öz növbəsində uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir göstərir. Lakin bununla yanaşı bizi hələ də bir çox məsələlər narahat edir. Belə ki, dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci sırada dayanır. Dünya üzrə ümumi ölüm hallarının, təxminən, 50%-inin səbəbi bu xəstəlikdir. Xəstəliyin cavanlaşması və hətta uşaqlar arasında olması, əlbəttə ki, bizi düşündürməlidir".
AzVision.az
Teqlər: