Abbas İsmayılov kollektivə təqdim olunub

Abbas İsmayılov kollektivə təqdim olunub
  09 Dekabr 2023    Oxunub:1903
Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov kollektivə təqdim olunub.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılovu yeni təyinat münasibəti ilə təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan sosial iqtisadi inkişaf ilə bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti