Bakı-Sumqayıt yolunda ağır qəza, ölən və yaralananlar var

 Bakı-Sumqayıt yolunda ağır qəza,    ölən və yaralananlar var
  10 Dekabr 2023    Oxunub:888
Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

AzVision.az




Teqlər:





Xəbər lenti