Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Anev şəhərinə ötürüldü

   Türk dünyasının mədəniyyət paytaxtı  Şuşadan Anev şəhərinə ötürüldü
  10 Dekabr 2023    Oxunub:1078
Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb.
AzVision.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti