Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

   Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib
  10 Dekabr 2023    Oxunub:1109
Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti