"Təhsildə ən uğurlu addımlarından biri uşaqların məktəbəhazırlıq qruplarına cəlbidir"

   "Təhsildə ən uğurlu addımlarından biri uşaqların məktəbəhazırlıq qruplarına cəlbidir"
  11 Dekabr 2023    Oxunub:1273
Azərbaycanda təhsilində ən uğurlu addımlardan biri 5-6 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbidir.
AzVision.az xəbər verir k, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu yaşda baş verən müdaxilə və dəyişiklik ən az 15-20 il sonra göstərir: "Uzun və çətin dəyişiklik olmasına baxmayaq məktəbəqədər yaş dövrünün müdaxiləsi ailə, dövlət, bağça üçün elə də baha deyil. Burada sadə dəyişiklik, davranış və müdaxilələrin böyük nəticəsi var. Kitabların sayı, valideynlərin kitaba münasibəti uşağın inkişafına ciddi təsir edir. Bu gün məktəbdə nə öyrənmisən ki, sadə suallar çox önəmlidir".

Nazir qeyd edib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir. Onun sözlərinə görə, hazırda bu göstərici 37 %-dir və digər inkişaf edən ölkələrdən geri qalırıq: "Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir.37 %-in yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti