Bu il 50 bağçada keyfiyyət monitorinqi aparılıb
"Onlar da keyfiyyət monitorinqinin qiymətləndirilməsi çərçivə sənədini hazırlayıblar. Bu çərçivə sənədi əsasında monitorinqlər aparılıb. Hesabatlar məktəbəqədər təhsil müəssisələrinin təhlili, ondan irəli gələn çətinliklərin aradan qaldırılması istiqamətində növbəti monitorinqlərin aparılması istiqamətində zəruri addımların atılmasını özündə əks etdirir. Eyni zamanda sənəd Elm və Təhsil Nazirliyinin aidiyyatı strukturları üçün yol xəritəsi rolunu oynayır".
Agentlik sədri qeyd edib ki, bu istiqamətdə paralel olaraq alt sənədlər hazırlanıb. "Eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin heyətinin şagirdlərlə ünsiyyətinin dəyərləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi üçün müvafiq qiymətləndirmə sənədləri paralel olaraq hazırlanıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: