DTX və XKX-da ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq
Qərarla Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.
Qaydada nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilməlidir.
AzVision.az
Teqlər: