1990-cı ildə Naxçıvanda Heydər Əliyevlə görüşən məşhur yazıçı və şairlər kimlər olub? - FOTO

   1990-cı ildə Naxçıvanda Heydər Əliyevlə görüşən məşhur yazıçı və şairlər kimlər olub? -   FOTO
  11 Dekabr 2023    Oxunub:1558
Tanınmış şərqşünas alim Nəriman Qasımoğlu Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə bağlı maraqlı foto paylaşıb.
Fotoda Azərbaycanın məşhur yazıçı və şairləri Heydər Əliyevlə birgə əks olunub.

Foto 1990-cı ildə Naxçıvanda çəkilib. Həmin Moskvadan Azərbaycana qayıdan sovet dövlət xadimi Heydər Əliyev o dövrün hakimiyyətinin siyasi basqıları nəticəsində Naxçıvana getməli olmuşdu.

1993-cü ilə qədər Naxçıvanda yaşayan Heydər Əliyev 1990-cı ilin sentyabrında Azərbaycan Ali Sovetinə seçkilərdə deputat, daha sonra Naxçıvan Ali Məclisinin sədri seçilir.

Naxçıvanda yaşadığı illərdə Azərbaycanın ictimai xadimləri, yazıçılar, şairlər və sadə adamlar Heydər Əliyevi ziyarət üçün Naxçıvana gedirdilər. Bu foto da həmin anlardan biri əks olunub.

Şəkildə Soldan: Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Heydər Əliyev, Nəriman Həsənzadə, Rüstəm Əliyev.(Azpost.info)

AzVision.az


Teqlər:





Xəbər lenti