“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
  06 Dekabr 2023    Oxunub:313
Müştərilərin asanlıqla korporativ təkliflərdən yararlanmağı üçün artıq Bakı və bölgələrdə yerləşən “Nar” Satış Xidmət Mərkəzləri də fərdi sahibkarlar üçün korporativ nömrələr təqdim edəcək.
İstənilən VÖEN-ə sahib şəxs, sadəcə şəxsiyyət vəsiqəsi ilə, xidmət mərkəzlərindən
birinə yaxınlaşaraq “Nar” korporativ nömrəsi əldə edə bilər.

“Nar” Satış və Xidmət Mərkəzlərində, fərdi sahibkarlarla yanaşı, dövlət qurumlarının
əməkdaşları da korporativ təkliflərdən yararlanmaq imkanı əldə edirlər. Müraciət edən şəxs
əməkdaş vəsiqəsini də təqdim edərək 3 korporativ nömrə əldə edə bilər.

Nar.az/corporate səhifəsinə keçid edərək “Nar”ın korporativ təklifləri haqqında ətraflı məlumat
əldə edə və həmçinin “Nar”ın korporativ satış şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.


AzVision.az


Teqlər:





Xəbər lenti