"2026-cı ilədək Ağdam, Füzuli, Xocavənd və Tərtərə böyük qayıdış nəzərdə tutulub"

   "2026-cı ilədək Ağdam, Füzuli, Xocavənd və Tərtərə böyük qayıdış nəzərdə tutulub"
  12 Dekabr 2023    Oxunub:1243
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkün soydaşlarımızın müvafiq qayıdış qrafiklərinə hazırda tam şəkildə riayət olunur”.
Bunu AZƏRTAC-a müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O, daha sonra bildirib:

- Bu sözləri həm Qarabağ iqtisadi rayonu, həm də digər ərazilərlə bağlı demək olar. Qarabağ iqtisadi rayonu barədə danışsaq, təxminən 70 minə yaxın insanın 2026-cı ilədək Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarına böyük qayıdışı nəzərdə tutulub. Təkcə Ağdam şəhərinə 20 min insan köçü nəzərdə tutulub. Füzuli şəhərində isə bu rəqəm təxminən 10 minə yaxın təşkil etməlidir.

Hazırda Prezident İlham Əliyev tərəfindən bir çox kəndlərin və obyektlərin təməli qoyulub. Biz həm kəndlərdə, həm də şəhər və rayon mərkəzlərində qrafiki qabaqlama rejimində fəaliyyət göstəririk. Növbəti il - 2024-cü il tikinti üzrə icra işlərinin pik dövrünə təsadüf edəcək. Demək olar ki, layihələndirmə işlərinin 80 faizi yekunlaşmaq üzrədir.

AzVision.az


Teqlər:





Xəbər lenti