Müğənnilərdən Yeni İl şənliyinə getmə qiymətləri ilə bağlı AÇIQLAMA

   Müğənnilərdən Yeni İl şənliyinə getmə qiymətləri ilə bağlı    AÇIQLAMA
  12 Dekabr 2023    Oxunub:1170
Baku.WS bəzi müğənnilərin Yeni İl şənliyinə getmə qiymətləri ilə bağlı məlumat paylaşıb. Bildirilir ki, bir sıra ifaçılar yarım saatlıq ifaya görə 10 mindən -50 minə qədər pul alır.
AzVision.az adı çəkilən müğənnilərin bir neçəsi ilə əlaqə saxlayıb və yayılan məlumatı dəqiqləşdirib.

Müğənni Abbas Bağırov bu il Yeni il şənliklərində iştirak etməyəcəyini deyib.

"Mənim o qiymətə şənliyə getməyim yalandır. Yeni il şənliyini mən ailəmlə birgə qeyd edəcəm. Heç yerə getmiyəcəm. Adımdan yalandan yazıblar".

Xalq artisti Faiq Ağayev də yayılan məlumatların doğru olmadığını deyib:" Hər eşitdiyinizə inanmayın".

Digər Xalq artisti Röya Ayxanın mətbuat xidməti isə suallarımızı cavablandırmaqdan imtina edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti