Sürüşkən yolda yük maşını aşdı - Video

   Sürüşkən yolda yük maşını aşdı -    Video
  12 Dekabr 2023    Oxunub:1119
Bu gün Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində qəza baş verib.
AzVision.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yağışlı hava şəraitində sürüşkən yolda yük maşını aşıb.

Belə ki, yolda çuxuru görən minik avtomobilləri sürətini kəskin azaldıb. Bu zaman arxadan gələn kiçikhəcmli yük avtomobilinin sürücüsü də, sürətini aşağı salmağa çalışıb və tormozlanma avtomobilin aşması ilə nəticələnib.

Qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

NİİM-in yaydığı digər məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti