Ermənistan prezidenti Zelenski ilə görüşüb

   Ermənistan prezidenti Zelenski ilə görüşüb
  12 Dekabr 2023    Oxunub:993
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Buenos-Ayresdə Ukrayna prezidenti Volodimir Zelenski görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Prezident Aparatı məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti "Casa Rosada" prezident sarayında Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin inaqurasiya mərasimində iştirak edib.

Xaçaturyanın tədbir çərçivəsində həmçinin, İspaniya kralı VI Filip, Uruqvay prezidenti Luis Lakalye Pou, Paraqvay prezidenti Santyaqo Penya, Çili prezidenti Qabriel Boriç və Macarıstanın baş naziri Viktor Orbanla da görüşdüyü qeyd olunub.

Görüşlərdə ikitərəfli əlaqələr, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti