Ali Məhkəmə inzibati məhkəmələrdə monitorinq aparacaq
Ali Məhkəmə həm də həmin Plenum qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edib.
Monitorinq müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Monitorinq ölkəmizin bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2024-cü il yanvarın 1-dən 2025-ci il yanvarın 1-dək olan dövr ərzində bir il müddətində aparılacaq.
AzVision.az
Teqlər: