"Cəmiyyətimiz və biz çevik qərarları sevmirik" - Nazir
"Üç nəslə baxsanız, görərsiniz ki, tədris planlarının mahiyyəti dəyişməyib. Çünki əmək haqqı sistemi, məşğulluq həmin tədris planlarına bağlıdır. Məzmun probleminin əmək haqqı probleminə çevrilməsi modeli səmərəli deyil. Bunun yeganə asan tərəfi saymaqdır. Təhsilin və tədrisin keyfiyyətinə heç bir əhəmiyyəti yoxdur. Cəmiyyətimiz və biz çevik qərarları sevmirik. Çünki bizdə insan işdən ayrılanda böyük problemə çevrilir. Bu yanaşmanı dəyişməmiz çox yaxşı qərarlardır. Məzmunla keyfiyyətin əlaqəsi həmişə kiminsə əmək haqqısı, iş yeri konteksinə bağlıdır. Bu təkcə peşə təhsilinə deyil, orta məktəblərə də aiddir".
E.Əmrullayev qeyd edib ki, peşə təhsilinin adambaşına maliyyələşməyə keçməsi səmərəli olacaq.
"Mərhələli şəkildə 12 min tələbənin adambaşına maliyyələşməyə keçidi 3 il ərzində pilot olaraq başlayıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: