Peşə təhsilində ödənişlər artırıla bilər

   Peşə təhsilində ödənişlər artırıla bilər
  13 Dekabr 2023    Oxunub:925
"Peşə təhsili haqqlarında dəyişikliyə ehtiyac var. Bəzi ixtisaslar var ki, orada rəqabətli kadrlar hazırlanmalıdır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

"Məsələn, aşbaz ixtisası kifayət qədər mürəkkəbdir. Dünyada aşbaz standartı müxtəlif mətbəxləri bilən, ayrı-ayrı dad almağı bacaran şəxsidir. Bunun hazırlığı kifayət qədər bahadır. Məsələn, 5 ulduzlu otel üçün yaxşı aşbaz hazırlamaq baha başa gəlir.

Biz bunu başa düşməsək və ildə 500 manata aşbaz hazırlasaq, nəticə etibarı ilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti