"Azad edilən ərazilərə qayıdanların işlə təmin olunması vacibdir" - Anar Əliyev

   "Azad edilən ərazilərə qayıdanların işlə təmin olunması vacibdir" -    Anar Əliyev
  13 Dekabr 2023    Oxunub:773
"Bu gün cəmiyyətdə peşə hazırlığı nüfuzunun artırılmasına ciddi ehtiyac var, gənclərin bu təhsil pilləsinə marağı oyadılmalıdır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, paralel olaraq peşə hazırlığının keyfiyyəti də artırılmalıdır.

"Bu prosesi işəgötürənlərin aparması vacibdir. Beləliklə, həmin müəssisədə peşə hazırlığı keçən şəxslərin 70-80 faiz halda iş tapması mümkün olur.

İşğaldan azad edilən ərazilərə qayıdan şəxslərin dayanıqlı işlə təmin olunması da vacibdir. Prioritet istiqamət peşəsi, ixtisası olan şəxslərə üstünlük verilməsidir. İşğaldan azad olunan ərazilərdə ənənəvi sahələrlə yanaşı, digər prioritet istiqamətlər var və orada 100 minlərlə iş yerinin yaranmasını gözləyirik. Beləliklə ki, ölkədə məşğulluğa təzyiq həmin ərazilərə inteqrasiya ilə azalacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti