Qərbi Azərbaycan İcması Xocalı qatilinə cavab verib
“Aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarqsyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı. Amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serjik Sarqsyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan Ordusunun qabağından qaçdı. Serjik Sarqsyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serjik Sarqsyan “şərəfli” yer tutur.
Vətən müharibəsindən sonra Serjik Sarqsyan hərdənbir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serjik Sarqsyanın Artak Beqlaryanlardan heç bir fərqi yoxdur.
Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serjik Sarqsyan, Robert Koçaryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir”, - deyə İcmanın bəyanatında vurğulanıb.
AzVision.az
Teqlər: