Səfirlər Bakıda görüşdülər - Foto

   Səfirlər Bakıda görüşdülər -    Foto
  13 Dekabr 2023    Oxunub:986
ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi öz “X” hesabında paylaşıb.

“Səfir Fergus Auld ilə görüşməkdən çox məmnun oldum. Mən ərazilərin minalardan təmizlənməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm”, - deyə səfir Mark Libbi qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti