Ağdamda 3 ilə 5 yaşayış məhəlləsi inşa olunacaq
O bildirib ki, həmçinin tarixi-mədəni abidələrimiz də bərpa olunur. “Burada mərkəzi meşə parkları layihələndirilir və yaxın günlərdə inşasına başlanılacaq. Bütün şəhərlərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq açıq səma altında Zəfər muzeyləri inşa olunacaq.
Ağdam sənaye şəhəri kimi tanınıb. Şəhərdə zavod və fabriklərin inşasına başlanılıb və növbəti il bir neçəsinin açılışı gözlənilir. İş yerləri yaradılacaq və məskunlaşacaq əhalinin işlə təmin olunması həyata keçiriləcək”, - deyə Bəşir Hacıyev qeyd edib.
AzVision.az
Teqlər: