"Bu gün işaxtaranların təcrübəsi tələb olunan yeni peşələrə uyğun deyil"
Agentlik sədri bildirib ki, əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir.
Onun sözlərinə görə, bu gün ölkənin əmək bazarında bir tərəfdə çox sayda işsiz iş axtaran, digər tərəfdə isə kifayət qədər müasir ixtisaslı mütəxəssislərə ehtiyac var: "Burada uyğunsuzluq var, çünki bugünkü işsiz və işaxtaranların peşə kvalifikasiyası tələb olunan yeni peşələrə uyğun deyil. Yaxud da peşə və kvalifikasiyası yoxdur. Bu da dövlətin və müasir əmək bazarının qarşısında dayanan ciddi çağırışdır".
Aytən Zəhra
AzVision.az
Teqlər: