"Hər rəqibə qarşı oynaya bilərik" - Marko Yankoviç
Monteneqrolu yarımmüdafiəçi bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin onların oyununa təsir göstərməyəcəyini bildirib: "Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Buna öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir".
Yankoviç hələlik pley-off haqda düşünmədiklərini qeyd edib: "Öncə biz sabah qalib gəlməli və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq, motivasiya keçsə hər rəqibə qarşı oynaya bilərik. Bizim bu keyfiyyətimiz var".
AzVision.az
Teqlər: