Qızılca hansı dövrdə yoluxucu olur? - Nazirlik açıqladı

 Qızılca hansı dövrdə yoluxucu olur? -  Nazirlik açıqladı
  13 Dekabr 2023    Oxunub:1209
"Qızılcanın ən çox yoluxuculuq dövrünün kotaral və səpki mərhələsidir. Piqmentasiya dövründə uşaqlar yoluxucu hesab olunmur".
AzVision.az xəbər verir ki, bunu səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

"Qızılca yüksək yoluxuculuğu olan virusdur və kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir”.

Mütəxəssis qeyd edib ki, qızılcadan qorunmağın ən effektiv üsulu peyvənd vurdurmaqdır: “Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Hər iki doza peyvənd vurulubsa 97 % xəstəlikdən ömürlük qorunmaq olar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti