Azərbaycanın qaytardığı 32 erməni hərbçi - FOTOLAR

   Azərbaycanın qaytardığı 32 erməni hərbçi -    FOTOLAR
  13 Dekabr 2023    Oxunub:1125
Rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım atılıb.
AzVision.az xəbər verir ki, 32 şəxs azad olunaraq Ermənistana qaytarılıb.

Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.








AzVision.az


Teqlər:





Xəbər lenti