Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakı və Abşeron yarımadasına gəlincə, Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallahıda 10 m, Binədə 7 mm-dək olub.
Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib.
Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcək, 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
AzVision.az
Teqlər: