Bu il 4,5 milyon şəxs icbari tibbi sığortadan yararalanıb
"Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı və qəbuludur. Daha sonrakı yerlərdə endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləridir".
Z.Əliyev qeyd edib ki, cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb.
"Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir".
Aytən Zəhra
AzVision.az
Teqlər: