"Özəl xəstəxanalara verilən göndərişlər 17% artıb" - Sədr

 "Özəl xəstəxanalara verilən göndərişlər 17% artıb" -  Sədr
  14 Dekabr 2023    Oxunub:1095
Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatı ilə bağlı danışarkən deyib.

Agentlik sədri bildirib ki, bu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq edilib:

"Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür. 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub. Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb".


Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti