Agentlik bu il özəl xəstəxanalara 211 milyon manat ödəyib

 Agentlik bu il özəl xəstəxanalara 211 milyon manat ödəyib
  14 Dekabr 2023    Oxunub:1031
Müqaviləli özəl tibb müəssisələrində icra olunan əməliyyatlara 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il həmin ödəniş 2 dəfədən çox artaraq 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatı ilə bağlı danışarkən deyib.

Agentlik sədri bildirib ki, vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib: "Bu xidmətə əlçatanlığın göstəricisidir. Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar: ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub".

AzVision.az


Teqlər:





Xəbər lenti