"KT və MRT-yə uzun növbələr barədə əlavə tədbirlər görüləcək"

"KT və MRT-yə uzun növbələr barədə əlavə tədbirlər görüləcək"
  14 Dekabr 2023    Oxunub:1076
KT və MRT ilə bağlı xəstəxanalarda vətəndaşların uzun müddət növbədə gözləməsi ilə bağlı məsələ barədə tədbirlər görüləcək.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, tibbin sürətli inkişafı avadanlıqların zamanla köhnəlməsinə səbəb olur: "Yeni avadanlıqların alınması da kifayət qədər vəsait tələb edir. Təbii ki, müraciət və tələbatlar nəzərə alınaraq dövlət xəstəxanalarında müvafiq olaraq mərhələli tibbi avadanlıqların yenilənməsi təmin edilir. Lakin tibbi cihazların qiymətini nəzərə alsaq bu prosesin bir anda baş verməsi mümkün deyil.

Eləcə də regionlardakı xəstəxanalarda Kompyuter tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarının yenilənməsi nəzərdə tutulub. Hətta gələn il ərzində bir neçə xəstəxana üçün bu avadanlıqların təmin edilməsi həyata keçiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti