"Turizm münaqişə yaralarının sağalmasını sürətləndirir" - Florian Zensşmit

   "Turizm münaqişə yaralarının sağalmasını sürətləndirir" -    Florian Zensşmit
  14 Dekabr 2023    Oxunub:1118
"Turizm xüsusi fəaliyyət növüdür. O, mağazadan nəyisə almağa bənzəmir. Turizm insan mərkəzli fəaliyyətdir. Turistlərin A nöqtəsindən B nöqtəsinə çatdırılması zamanı bütün risklər nəzərə alınmalı və insanlara heç bir təhlükə olmamalıdır".
Bu sözləri Ağdamda keçirilən "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda I Elmi-Praktik Konfransda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zensşmit deyib.

"Postkonflikt dövründə turizmin inkişaf etdirilməsi üzrə ən yaxşı təcrübələr" mövzusunda təqdimatla çıxış edən Florian Zensşmit bildirib ki, turizm həm də "yumşaq güc"ün bir növüdür. O, sülh dövründə insanların arasındakı əlaqələri artırır. Təkcə iqtisadiyyatı yox, cəmiyyəti də inkişaf etdirir.

İcraçı direktorun sözlərinə görə, postkonflikt turizmi münaqişənin başa çatdığı ərazilərdə təkcə infrastrun yox, superstrukturun (otellər, restoranlar, muzeylər və s.) inkişafına səbəb olur.

İşğaldan azad olunmuş ərazilərə investisiyaların cəlb olunmasında postmünaqişə turizminin mühüm rolu var. Zensşmit buna misal kimi Balkan münaqişəsini göstərib və Sarayevonun təcrübəsini xatırladıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Turizm   Qarabağ   FlorianZensşmit  





Xəbər lenti