Tokayev Azərbaycan Prezidentini təbrik edib
“Bu qərar ölkənizin beynəlxalq aləmdə yüksək nüfuzunun, Azərbaycanın səmərəli və mütərəqqi siyasətinin tanınmasının və qlobal iqlim gündəliyinin yüksək məqsədlərinə sadiqliyinin bariz göstəricisidir.
Əminəm ki, bu irimiqyaslı forumun gözəl Bakıda təşkili Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə mühüm töhfə verəcək, dövrümüzün ən aktual problemlərinin həllinə töhfə verəcək, dünya ictimaiyyətinin diqqətini ekoloji və regional məsələlərə cəlb edəcəkdir”, - Kasım-Jomart Tokayev qeyd edib.
Qazaxıstan prezidenti azərbaycanlı həmkarını əmin edib ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.
Qeyd edək ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
AzVision.az
Teqlər: