“Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb” - Putin
Onun sözlərinə görə, Ermənistanda çətin daxili siyasi proseslər gedir.
“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib. Düşünmürəm ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Bu, yenə də dövlətin seçimidir”, - o bildirib.
AzVision.az
Teqlər: